Şou-biznes

Məlalə ərə getdi - FOTOlar

11 Noyabr 2021 11:36
3 Şərh     Baxış: 2 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gənc yaşda Nobel Sülh Mükafatına layiq görülən Məlalə Yusəfzay ailə həyatı qurub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, Pakistanın Kriket Şurasının baş meneceri Asser Malik ilə fotosunu instaqram hesabında paylaşaraq məlumat yayıb.

Toy İngiltərənin Birminhem şəhərində baş tutub. Mərasim müsəlman adət-ənənələrinə uyğun keçirilib.

Onun 2019-cu ildən bəri Asserlə görüşdüyü bildirilib.

Qeyd edək ki, Məlalə 11-12 yaşı olanda BBC Urdu üçün gizli ad altında Svat əyaləti Taliban işğalı altında olanda öz həyatı haqqında bloq yazır. Növbəti yay bu ərazi Pakistan ordusunun nəzarəti altına keçdikdən sonra, jurnalist Adam B.Ellick "New York Times" üçün onun həyatından bəhs edən sənədli film hazırlayır. Qısa müddətdə o, tanınmağa başlayır, televizor kanallarına və nəşrlərə müsahibələr verir.

O, 9 oktyabr 2012-ci il tarixində Svat rayonunda imtahandan gələrkən məktəb avtobusunda iki qızla birlikdə Taliban sui-qəsdçisi tərəfində güllələnir. Uzunmüddətli müalicələrdən sonra ayağa qalxan Məlalə azyaşlıların, xüsusən qızların təhsil ala bilməsi üçün çalışmağa başlayır.

Qız 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülür və 17 yaşında ən gənc laureat olur. BMT-nin Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə günü elan edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.