Şou-biznes

Hollivud ulduzu Bibiheybətdə - FOTO

10 Noyabr 2021 13:18
0 Şərh     Baxış: 2 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çəkilişlərinin bir hissəsi Azərbaycanda aparılan və 1999-cu il noyabrın 8-də premyerası olan on doqquzuncu Bond filmi "Dünya kifayət deyil" filminin 22 yaşı tamam olub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı "007" rəsmi səhifələrində fotolar yayımlanıb. Onlardan ən diqqətçəkəni isə agent 007 rolunun ifaçısı Pirs Brosnanın Bibiheybət qəsəbəsində çəkilmiş fotosu olub.

Şəkil 1,9 milyon izləyicisi olan "007" İnstaqram səhifəsində və 5 milyondan çox abunəçisi olan "Facebook"da yerləşdirilib.

Qeyd edək ki, P.Brosnan müsahibələrinin birində Azərbaycanda güllələnmə səhnəsəni xatırlayaraq "Azərbaycanda bizi çox səmimi qarşıladılar. Bu təcrübə, düzünü desəm, çox qeyri-adi idi. Biz yollarda çılğın sürətlə hərəkət etdik və hər yerdə neft buruqlarını, neft emalı zavodlarını gördük. Qeyri-adi mənzərə idi, amma film üçün bizə çox yaraşırdı. çox gözəl insanların əhatəsində xoş axşam yeməyini də xatırlayıram" sözlərini söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.