Şou-biznes

Mətanət İsgəndərlinin keçmiş gəlini uşaqlarının görüntülərini paylaşıb göz dağı verdi - FOTO

4 Noyabr 2021 14:48
6 Şərh     Baxış: 3 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana yeni paylaşım edib.

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, o, instaqram hesabında əlindən alınan övladlarına yaxşı baxdığını, onların daim qeydinə qaldığını bildirib:

"Mən bütün günümü övladlarıma həsr edən, onların gələcəyini və sağlamlıqlarını düşünən anayam... Keçmiş qayınanam deyir ki, "Biz Moskvada olanda uşaqlar hava üzü görməyib, ac qalıblar". O qədər yalanlar danışır ki, məcburam son 1 ildə mən uşaqlarımı necə saxladığımın görüntülərini paylaşım. Görsünlər ki, onlar bütün günü bağda, hovuzda dincəliblər".

Qeyd edək ki, bir neçə gün əvvəl İsgəndərlinin oğlu Kərimlə Canana arasında məhkəmə prosesi keçirilib. Canananın 3 övladı əlindən alınaraq Kərimə verilib. Məhkəmənin bu qərarı uzun müddət sosial şəbəkələrin müzakirəsinə çevrilib. Bir çox məşhurlar bu qərara etirazlarını bildirərək azyaşlı uşaqların anasından alınmağını qınayıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.