Şou-biznes

Manaf qarğış yağdırdı: "Allah onun başına mən ağırlıqda daş salsın"

2 Noyabr 2021 12:42
0 Şərh     Baxış: 3 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Allah onun başına mən ağırlıqda daş salsın. Haqqımda dedikləri özünə qismət olsun".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev qaraciyər sirrozundan əziyyət çəkməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Müğənni son 3 ildə bir dəfə Moskvada olduğunu deyib:

"Mən bütün günü toydayam, nə vaxt baxsan da efirlərdəyəm. Özüm də sağlamam, yaxşıyam, əlayam. Xəstə adam toy apara bilməz. 3 ildə mənim yolum bircə dəfə Moskvadan düşüb. O xəstəliklər onu deyənlərin özünə nəsib olsun".

Qeyd edək ki, müğənni Manaf Ağayev qaraciyər sirrozundan əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb. Bu səbəbdən də onun tez-tez Moskvaya gedib, orada müalicə aldığı deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.