Şou-biznes

Xalq artistləri arasında maraqlı dialoq: Mən sənin tərbiyəni pozdum - VİDEO

31 Oktyabr 2021 10:42
4 Şərh     Baxış: 2 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artistləri Tünzalə Ağayeva və Röya Ayxan duet oxuyacaqlarını açıqlayıb. 

Milli.Az OLAY-a istinadən bildirir ki, bu barədə onlar sosial şəbəkə hesablarında paylaşdıqları videoda danışıblar.

Röya qeyd edib ki, ayrı-ayrı xarakterlərə sahib olsalar da, birlikdə mahnı oxuya bilərlər:

"Necə ki, Şakira Beyons ilə duet oxudu. Biz bunu edə bilmərik? Edərik. Enerjilərimiz fərqlidir. Amma hər kəs bizdən bir enerji gözləyir".

Daha sonra T. Ağayeva həmkarına "20 ildir sənətdəyik. Kim kimi tərbiyələndirdi, kim kimi pozdu" sualını ünvanlayıb. Röya isə "Mən sənin tərbiyəni pozdum. Amma səndən musiqinin dərinliklərini öyrəndim",-deyə cavab verib. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.