Şou-biznes

Günay yenə Türkiyədə klip çəkdirdi

30 Oktyabr 2021 14:16
0 Şərh     Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günay İbrahimli "Qədrimi bilmədin" adlı yeni mahnı və klipini təqdim edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, mahnının musiqisi Aiselə, sözləri Günay Səlimzadə və Xəyyam Qədiməliyevə aiddir. İfaçı "Qədrimi bilmədin"in aranjimanını Emin Kərimə həvalə edilib. 

Çəkilişləri İstanbulda baş tutan klipin rejissoru Kemal Yıldızdır.

Günay İbrahimli bildirib ki, ekran işinin ərsəyə gəlməsində böyük komandanın əziyyəti var: "Bu komanda ilə artıq ikinci işimizdir. Mahnı reqqi janrındadır və ilk dəfədir bu tərzə müraciət edirəm. Mahnı bu tərzdə olduğu üçün düşündük ki, "vintage" janrında ekranlaşdıraq".

İfaçı bildirib ki, klip çəkilişləri zamanı make-up-nı Lamiyə Ağababayevaya həvalə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.