Şou-biznes

Hakim aktrisanın ailəsi ilə bağlı qərar verdi

22 Oktyabr 2021 00:57
0 Şərh     Baxış: 1 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Hülya Darcan ilə qızı Zeynep Korel arasında uzun müddətdir davam edən qalmaqal bitmək bilmir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Zeynep Korel bacısı Bergüzar Korel və anasının ünvanına təhqirlər səsləndirib. Amerikada yaşayan və təmizlik sektorunda çalışan Zeynep atasından qalan mirasa görə ailəsini məhkəməyə verib. O, eyni zamanda anasının onu təhdid və təhqir etdiyini söyləyib.

Baş tutan məhkəmədə hakim son qərarını verib.

Araşdırma zamanı şübhəli kimi ifadə verən Hülya iddiaları rədd edib. 2 ildir davam edən araşdırmanı hakim dəlil yetərsizliyinə görə sonlandırıb.Hakimin qərarında "Alınan ifadələr Zeynep Korelin iddiasını sübut etmədi. Zeynep Korel ilə vəkili dəfələrlə ifadə vetmək üçün çağrılıb, amma gəlməyiblər. Buna səbəb onun xaricdə yaşamasıdır. İddianı sübut edəcək heç bir video, dəlil yoxdur. Buba görə də məhkəmə bitir" sözləri qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.