Şou-biznes

Cavanşir Quliyev özünə məzar hazırlatdırıb

14 May 2025 22:47
Baxış: 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi özünə məzar hazırlatdırdığını deyib. Bu barədə o, "Xəzər axşamı" verilişinə danışıb:

"İnsan öləndən sonra heç nə hiss etmir. Yerdə qalana əziyyət olur. İstəmirəm, öləndən sonra kimsə əziyyət çəksin. Çoxdan məzarımı hazır etmişəm. Bunu mənim kimi edənlər var. Məqsəd evdəkiləri işin birindən azad etməkdir. Yalançı başdaşı da qoydurmuşam ki, heç kim ora girməsin. Hərdən gedib mühəndis gözü ilə baxıram, görüm, məzarımda nə çatır, nə çatmır? Məzar üçün yeri alanda hələ anam sağ idi. Məni tənqid etdi ki, bizdə belə şey yoxdur, etmə. Qardaşım da bizi dinləyirdi. Sonda dözə bilmədi, söylədi ki, sən ölməyində ol, biz sənə yer taparıq". (olay)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.