Şou-biznes

"Anası müğənni gəlin istəmədiyi üçün bizi ayırdı" - 6 dəfə ərdə olan Könül - FOTO

30 Sentyabr 2021 19:54
2 Şərh     Baxış: 4 652
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

6 dəfə evlənən Türkiyənin məşhur müğənnisi və aktrisası Gönül Yazar evlilikləri ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, 6 dəfə nikah masasına əyləşən Gönül Yazar ABŞ-dakı toy mərasimindən gəlinlik fotosunu paylaşıb.

"6 dəfə evləndim, heç biriylə bir il yaşamadım. Onlardan biri ilə belə toy ildönümünü qeyd etmək mümkün olmadı. Ən uzun müddətli evliliyim Özden Çeliklə davam edib. O da cəmi 11 ay. Çəkiliş zamanı o atdan düşəndə mən baxdım, mən atdan düşəndə də o baxdı. Sonra İstanbula gələndə evləndik. Ercan Akınla evlənəndə də, anası müğənni gəlin istəmədiyi üçün 10 gün içində ayırdı bizi. Sinan Bilsellə ayrılma səbəbimiz isə həqiqətən mənimlə bağlı deyildi. Qardaşı Sidneydə yaşayırdı. Evlənməmizdən 6 ay keçdi və mən səhnə şousuna gedəndə, o da ailəsi ilə birlikdə Avstraliyaya getdi. Aylarla onun hara getdiyini belə bilmirdim. Boşanmağımız 2 il çəkdi".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.