Dünyaca məşhur müğənni Şakiranın başına iş gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Barselonada yerləşən parkların birində çöl donuzlarının hücumuna məruz qalıb. Bu barədə o sosial şəbəkədə məlumat verib:
"Oğlum Milanla parkdaydıq. İki çöl donuzu bizə tərəf gəldi və telefonumun olduğu çantanı götürüb meşəyə doğru qaçdılar. Çantamı meşədən tapmışam".
Qeyd edək ki, hadisə zamanı müğənni və oğlu xəsarət almayıb.
Milli.Az