Şou-biznes

Elza Seyidcahana görə iş adamını həbs etdilər

30 Sentyabr 2021 13:54
1 Şərh     Baxış: 2 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov paylaşım edib.

O bildirib ki, R.Kərimzadə barəsində sentyabrın 29-da Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsinə əsasən 1 aylıq həbs qərarı çıxarılıb.

E. Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyası keçirir.

Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R. Kərimzadənin ona zor tətbiq etdiyini bildirmişdi.

Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu "ELİT SRC GROUP" MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.