Şou-biznes

"Sərdar mənə "ana" deyirdi"

30 Sentyabr 2021 11:00
0 Şərh     Baxış: 1 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Seçil Gür münasibətlərini sonlandırdığı keçmiş sevgilisi Sərdar Ortaç barədə danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Ortaçın ona "ana" deyə, səsləndiyini bildirib:

"İnanılmaz dərəcədə bir sevgim var idi. Anası kimi üzərində titrəyirdim. Mənə bəzən "ana" deyə, səslənirdi, gülürdük. Sərdar bir az uşaq kimidir. Ac olduğunu görəndə o dəqiqə onun qarnını doyurmaq üçün əlimdən gələni edirdim".

S.Gür sənətçi ilə maddi baxımdan çətin zamanlar da yaşadıqlarını bildirib:

"Sərdar maddi baxımdan çətin günlər keçirdi. İkimiz də maddi və mənəvi pis günlər yaşadıq. Aramızda yeməkdən başqa biri-birimizə maddi heç bir köməklik olmayıb. Kimin kartında pul olurdusa, yeməyi o sifariş edirdi. 1,5 il həm də dost olduq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.