Şou-biznes

"Qısqanılmağı bircə mən sevirəm" - Aynişan Quliyeva

17 Sentyabr 2021 14:50
5 Şərh     Baxış: 6 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva izləyicilərinin bəzi suallarını cavablandırıb.

Milli.Az "yenisabah.az"a istinadən xəbər verir ki, son vaxtlar şəxsi həyatı ilə tez-tez gündəmə gələn 29 yaşlı bloqqer bu haqda sorğuları iqnor edib:

- İnsanlarda ilk nəyə diqqət edirsiniz?

- Tərbiyəsinə. Ən önəmli faktor budur.

- Qısqanclıq sevgini öldürürmü?

- Deyəsən, qısqanılmağı bircə mən sevirəm. Əlbəttə, qədərində və əsaslı. Yoxsa "Niyə divara çox baxdın?" kimi yox.

- Xəyallarınıza çatmaq üçün nə etmisiniz, nələrdən vaz keçmisiniz?

- Hüzurundan vaz keçib. İndi isə hüzuruna qovuşub.

- Uşaq vaxtı bu yaşınızda özünüzü kim olaraq xəyal edirdiniz?

- Hollivud ulduzu olacağımı düşünürdüm. Həmişə qırmızı xalıda təsəvvür edirdim özümü.

- Sizcə, ailə həyatında nə zaman "bitdi" deməyin zamanıdır?

- Tutunacaq bir şeyin olmadığının fərqinə vardığında. O an özünüzə sual verin: Mən bu həyatı yaşamağa layiqəm?

- Əsl sevgi sizin üçün nədir?

- Bir-birinə hörmətlə yanaşmaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.