Televiziya ulduzu və sahibkar Kourti Kardaşyan fotoşopsuz bədən formasını nümayiş etdirməklə pərəstişkarlarını sevindirib.
Milli.Az xəbər verir ki, fotolar Daily Mail tərəfindən nəşr olunub.
42 yaşlı məşhur Kaliforniya ştatının Palm Springs şəhərində anası, 65 yaşlı Kris Cennerin evində fotosessiya etdirib. Bir milyondan çox bəyənmə toplayan yazının altındakı şərhlərdə "möhtəşəm görünürsən! Və eyni zamanda təbiisən", "Bacılarınızdan fərqli olaraq bizə təbii kadrlar göstərdiyin üçün təşəkkür edirik ", "Kardaşyanların ən gözəli" yazıblar.
Kamran Seyidov
Milli.Az