Şou-biznes

"İnşallah, Nadirlə üz-üzə gəlmərik"

22 Avqust 2021 11:46
0 Şərh     Baxış: 1 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Kamran Ağabalayev müğənni Nadir Qafarzadə ilə aralarında yaşanan qalmaqaldan danışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Ziq-zaq" verilişində Nadiri həmin mübahisədən sonra tanıdığını bildirib:

"Nadirin mənimlə problemi oldu. Onu elə o vaxtlar tanımışam. Ondan əvvəl də, sonra da üz-üzə gəlməmişik. İnşallah da üz-üzə gəlmərik. Şou-biznesdə yoxam. Covid-19 göstərdi ki, müğənnilərin bütün sənəti toy üzərində qurulub. Bunu deməkdən çəkinmədilər, utanmadılar, usanmadılar".

Qeyd edək ki, N.Qafarzadə K.Ağabalayev haqqında "Azərbaycanlı kişi aktyor erməni ilə filmə çəkilir. Deyəcəksiniz ki, bu, onun işidir və qonorar alır. Tüpürüm o pula. Ağızdolusu kişilikdən danışır" açıqlamasını vermişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.