Şou-biznes

Burcunun gənc qalma sirri: “10-da yatıb, 5-də oyanıram” - FOTO

28 İyul 2021 04:04
0 Şərh     Baxış: 4 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman gözəl bədən quruluşu ilə seçilən Türkiyənin məşhur aparıcısı, model və aktrisa Burcu Esmersoy tətilini necə keçirməsi barədə danışıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, Türkiyənin Kanal D televiziya kanalına açıqlama verən B.Esmersoy hazırda Bodrumda istirahətdə olduğunu, yuxusuna, idmanına, qidalanmasına diqqət etdiyini bildirib.

"Axşam saat səkkizdə mobil telefonumu söndürürəm. Saat 22:00-a qədər artıq yuxuya gedirəm. Səhər saat beşdə oyanıram. İdman edirəm, nizamlı həyat keçirirəm", - deyə məşhur aparıcı vurğulayıb.

Burcu Esmersoy ağ çörək yemədiyini, ancaq simiti çox bəyəndiyini söyləyib:

"Simit dəlisiyəm. Bazar gününü özümə hədiyyə edirəm. Simit, kərə yağı, cem... Səhər yeməyində səkkiz simit yeyirəm".

45 yaşlı Burcu Esmersoy yaşa ciddi önəm vermədiyini, qadın üçün püxtələşməyin və həyat təcrübəsi qazanmağın daha vacib olduğunu bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.