36 yaşlı amerikalı aktrisa Skarlett Yohanson yenidən ana olacaq.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Skarlett hamiləliyini gizli saxlamağa çalışır və bu barədə yalnız yaxınlarının məlumatı var.
Ötən gün premyerası reallaşan "Black Widow" filminin təqdimatına qatılmaması da xəbərləri doğrulayıb. Təkcə əsas rolu canlandırmayan Skarlett, həm də filmin icraçı prodüseridir. O, yalnız video bağlantı quraraq qarnının görünməyəcəyi şəkildə təqdimata qoşulub.
Qeyd edək ki, Skarlett Yohanson Kolin Jostla 3 illik münasibətin ardından keçən payız evlənib. Bu aktrisanın üçüncü, Kolinin ilk evliliyidir. Skarlettin 6 yaşında Rouz adlı qızı var. 39 yaşlı Kolin isə ilk dəfə ata olacaq.
Milli.Az