"Yeşilçam" serialında rol alan aktrisa Selin Şekerci həmkarı İbrahim Selimlə eşq yaşadığını etiraf edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İstanbulun Zorlu səmtindəki alış-veriş mərkəzindən çıxarkən görüntülənən aktrisa haqqında çıxan xəbərləri təsdiqləyib:
"Yayılan xəbərlər doğrudur. Hər şey gözəl və yolundadır".
Qeyd edək ki, S.Şekerci aprel ayında aktyorun "Kanal D" telekanalında yayımlanan verilişində qonaq olmuşdu. Onlar proqramdan sonra münasibətə başlayıb.
Milli.Az