"Yayılan xəbərlər doğrudur - Eşq yaşadıqlarını etiraf etdi

3 İyul 2021 09:25

"Yeşilçam" serialında rol alan aktrisa Selin Şekerci həmkarı İbrahim Selimlə eşq yaşadığını etiraf edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İstanbulun Zorlu səmtindəki alış-veriş mərkəzindən çıxarkən görüntülənən aktrisa haqqında çıxan xəbərləri təsdiqləyib:

"Yayılan xəbərlər doğrudur. Hər şey gözəl və yolundadır".

Qeyd edək ki, S.Şekerci aprel ayında aktyorun "Kanal D" telekanalında yayımlanan verilişində qonaq olmuşdu. Onlar proqramdan sonra münasibətə başlayıb.

Milli.Az