Şou-biznes

Kübra Əliyeva da verilişlərə çıxmaq üçün pul istəyir

12 İyun 2021 22:27
Baxış: 2 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Kübra Əliyeva da telekanal rəhbərlərindən verilişlərə çıxmaq üçün qonorar istəyib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, proqrama gəlmək vəsait tələb edir:

"Rahat geyinməyi sevirəm. 73 yaşım var. Bütün kanallar çağırır, getmirəm. İnciməyin. Verilişə gedəndə qaçmalıyam makiyaja, saça, geyimə. Bir kanal mənə qonorar ödəyir. Bu kanal da ödəsə, yaxşı olar. Gəlirik, verilişin reytinqini qaldırırıq. Üsyan edirik, niyə qonorar almayaq? Aparıcının cibində pul olmaya bilər, amma kanalında var. Həqiqətən biz gələndə pul ödəsinlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.