Şou-biznes

"Az qazananlar az yeməlidirlər"

2 İyun 2021 19:42
Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pandemiya dövründə kimsədən borc almadıq. Amma borc verdik. Həmin adam şou əhlindən deyildi. Hələ ki ehtiyacımız yoxdur. Nə vaxt imkanları olar, qaytararlar".

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bu sözləri "Onda görüşək" proqramında Sevil Sevinc bacıları söyləyib. Onlar  karantindəki maddi durumları haqda danışıblar:

"İnsan az qazanırsa, az, çox qazanırsa çox yeməlidir. Şəraitə uyğun yaşamalısan. Şübhəsiz, pandemiyadan  əvvəlki dövrdəki gəlirimizlə indiki arasında fərq var. Məsələn, 60 faiz qazanırdıqsa, hazırda o məbləğ 10 faizə düşüb. Bu ab-havaya uyğunlaşmalıyıq. Son bir ildə yadıma gəlmir ki, özümə nəsə alım, harasa gedim. Yoxdursa, etmirəm, Məcbur deyil, olmayanda kimdənsə borc almaq". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.