Şou-biznes

"Gənc meyxanaçılar Namiq Qaraçuxurlunun çörəyini yeyirlər"

29 May 2021 09:24
Baxış: 1 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu gün gənc meyxanaçılar Namiq Qaraçuxurlunun çörəyini yeyirlər".

Milli.Az axsam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Səhər mərkəzi" proqramında deyib. Müğənni meyxana sənətini Namiq Qaraçuxurlunun yüksəltdiyini deyib:

"Bu sözümdən inciməsinlər, hamısına hörmətim var, amma belədir. Yaxşı meyxananı, iti deyişməni çox sevirəm. Namiq bu sənətdə inqilab edib.

Burada onun müstəsna rolu var. Namiq musiqili meyxana yox, təmiz mahnı yazır. Namiq meyxananı professional səhnəyə gətirdi, səviyyələndirdi, təqdimatını verə bildi, sevildi və sevdirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.