Şou-biznes

Rəqsanə Moskvada kiminlə rəqs etdi? - VİDEO

27 May 2021 02:20
Baxış: 2 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılovanın dünən 42 yaşı tamam olub. O, doğum gününü yaşadığı Moskva şəhərində doğmalarının əhatəsində keçirib. Müğənni bu əlamətdar günlə bağlı özünün İnstagram səhifəsində video paylaşıb.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, videoya o, belə qeyd yazıb:

"Səninlə bir həyat boyu bitirmək yox, səninlə yenidən başlamaq istəyirəm. Məni xoşbəxt qadın edən İnsan Fazil Əmiraslanov".

Videodan göründüyü kimi Rəqsanə sevdiyi şəxs Fazil Əmiraslanovla rəqs edir, qızı Aysun isə mahnı oxuyur.

Xatırladaq ki, Rəqsanə İsmayılova 25 may 1979-cu ildə Goranboyda doğulub.

Onun Aysun və Yağmur adlı iki qızı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.