Şou-biznes

Meyxanaçı Samirə - "Pullu evli kişi ilə sevgili ola bilərəm"

20 May 2021 17:38
Baxış: 3 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meyxanaçı-müğənni Samirə Yusifqızı müzakirələrə səbəb olacaq açıqlama verib.

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən ifaçı bildirib ki, imkanı olan evli kişi ilə sevgi münasibətinə "yox" deməz: 

"Mənə elə gəlir ki, bir çox qadınlar evli bir bəy sevib. Mən də evli adam sevmişəm, həmin şəxsin yoldaşı xarici ölkədə yaşayırdı. Bir çox müğənni var ki, evli kişinin ailəsini dağıdıb, ona ərə gedənlər var. Həmin kişilərin əsas ailəsi elə birinci ailəsidir. İndi təkcə müğənnilər ailə dağıtmır ki... 

Mən sevilməyə layiq qadınam. Məni sevən oğlan uzağı məndən 10-12 yaş kiçik ola bilər. Övladım yaşında bir oğlanla sevgili olası deyiləm ki... Çox yaş fərqi olanda, düşüncələrimizdə də anlaşılmazlıqlar olacaq. Mənə evli kişi sevgi təklifi etsə, xoşum gəlsə, razılıq verəcəm. Peyğəmbərimizin neçə xanımı olub. İmkanı, pulu varsa, niyə də yox? Buyursun". 

Qeyd edək ki, S.Yusifqızı bir dəfə evli olub, həyat yoldaşı vəfat edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.