Bir aydır itkin olan rusiyalı sosial şəbəkə fenomeni Kristina Juravlevanın öldüyü məlum olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 28 yaşlı məşhurun cəsədi Yekaterinburq yaxınlığındakı meşədə tapılıb. Ərazidən keçən bir "TIR" sürücüsü fasilə vermək üçün dayandığı zaman onu görüb.
Meyidin ona aid olmasının müəyyən edilməsinin 2 həftə çəkdiyi açıqlanıb. İlkin məlumatlara görə, Kristinaya zorla narkotik verilib.
Milli.Az