Məşhur fenomenin meşədə cəsədi tapıldı

8 May 2021 15:46

Bir aydır itkin olan rusiyalı sosial şəbəkə fenomeni Kristina Juravlevanın öldüyü məlum olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 28 yaşlı məşhurun cəsədi Yekaterinburq yaxınlığındakı meşədə tapılıb. Ərazidən keçən bir "TIR" sürücüsü fasilə vermək üçün dayandığı zaman onu görüb.

Meyidin ona aid olmasının müəyyən edilməsinin 2 həftə çəkdiyi açıqlanıb. İlkin məlumatlara görə, Kristinaya zorla narkotik verilib.

Milli.Az