Şou-biznes

Səmra Azərbaycanı bu yarışmada təmsil edəcək

26 Aprel 2021 17:05
Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gənc pop müğənnilər üçün hər il keçirilən məşhur "Novaya valna" (Yeni dalğa) beynəlxalq müsabiqəsinin finalçıları bəlli olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, finalçıların seçimini yarışmanın musiqi prodüseri Anastasiya Muxina, müsabiqənin direktoru Aleksandr Revzin və münsiflər heyətinin sədri, Rusiyanın Xalq artisti İqor Krutoy edib. 

Onlar arasında Azərbaycanın "Avroviziya - 2016" təmsilçisi, populyar müğənni Səmra Rəhimli də var.

Beynəlxalq Musiqi Yarışması 19-25 avqust tarixlərində Soçidə keçiriləcək. Finalçılar arasında Avstraliya, Ermənistan, Belarus, Bolqarıstan, Gürcüstan, İspaniya, İtaliya, Niderland, Serbiya və Rusiya təmsilçiləri də yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.