Bir müddət əvvəl 3 böyük şirkətindən reklam təklifi alan aktrisa Afra Saraçoğlu artıq qazandığı pulun bir hissəsini xərcləyib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi uzun illərdir xəyalını qurduğu avtomobilə sahib olub. Afra "BMW X1" model yeni maşınına 650 min lirə (136 min 110 manat) xərcləyib.
Qeyd edək ki, Afranın 3 reklamdan ümumilikdə 3 milyon lirə (626 min manat) qazanacağı bildirilib. Hazırda isə Saraçoğlu aktyorlar Çağatay Ulusoyla Selin Şekercinin baş rollarını paylaşdığı "Yeşilçam" serialında rol alır.
Milli.Az