Şou-biznes

İkinci dəfə evlənən Hüseyn: "Hamı məni təhqir etdi"

11 Mart 2021 18:07
Baxış: 2 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnsanlar fərqli yerə bölünüb. Kimsə təhqir etdi, kimsə tənqid. Şəxsi həyatla gündəmə gəlmək fikrim olmayıb. Çalışmışam düzgün musiqi təqdim edim, sənət göstərim. Bir ara bütün konsertləri mən ifa edirdim. Amma onda gündəmdə deyildim".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Birə-bir" proqramında deyib. Musiqiçi ikinci dəfə ailə qurmasına görə təhqir edildiyini söyləyib:

"Gündəmə gəlmək istəsəydim, paylaşmalı çox şey var. Kimsə, hansısa izləyici məni qınayırsa, açıqlama verməliydim. Bildirməliydim ki, başqa mövzudur".

Qeyd edək ki, Hüseyn ilk həyat yoldaşı İnci ilə ötən il ayrılıb. O, ikinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə qurub. Musiqiçinin birinci nikahdan iki qız övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.