Şou-biznes

“Bunu ancaq yaşayan bilər” - Zümrüd Qasımova

4 Mart 2021 13:40
Baxış: 1 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

3 mart 2010-cu il - ikinci dəfə dünyaya gəldiyim gündür. Həyatımın dönüş nöqtəsidir. Hisslərimi ifadə etmək üçün kəlimələr acizdir, bunu ancaq yaşayan bilər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Zümrüd Qasımova İnstaqram hesabında yazıb. O, 10 il əvvəl xərçənglə mübarizə aparmasından bəhs edib:

"Zaman sənə hər şeyi olduğu kimi qəbul edib, yaşamağı öyrədir. 10 il bundan əvvəl mənə desəydilər ki, hələ 10 ildə yaşayacaqsan, inanmazdım...

Allah yaşadanda yaşadır. Hər zaman ürəyimdə Allaha, insanlara, bütün canlılara qarşı sevgi ilə yaşadım. Yaşayıram da. Şükr edərək, gülərək, sevərək. Həyat bütün çətinlikləri ilə gözəldir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.