Şou-biznes

"Kameranı evin içinə salıb, vanna otağına qədər göstərirlər"

1 Mart 2021 15:00
Baxış: 1 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağ saçlar insanın həyat təcrübəsini göstərir. Onları boyamağı düşünmürəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elçin Cəfərov "ATV maqazin onlarla" proqramında deyib. Sənətçi ağaran saçlarından bəhs edib. O, kişilərin saç boyamasına müsbət yanaşmadığını bildirib.

Elçin evini, maşınını nümayiş etdirən sənət atamlarını da tənqid edib:

"Nəyinsə varsa, bunu niyə göstərməlisən? Kənardan jurnalist, fotoqraf çəkirsə, bu başqadır. İşidir deyə edir. Evin içinə salıb, vanna otağına qədər göstərirlər. Bunu özün edirsən. Mənə yapışmaz elə şeylər. Tamaşaçılarda isə daha sonra müğənnilər haqqında pis fikir yaranır".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.