Şou-biznes

“Yaxşı ki, ailə qurmamışam, peşman deyiləm”

16 Fevral 2021 14:00
Baxış: 3 419
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mənim bütün həyatım alt-üst oldu. Efirlərdən, səfərlərdən uzaqlaşdırdılar. Azərbaycanı xarici ölkələrdə təmsil etmək istəyirdim, amma qarşıma çıxdılar. Məni məhv etdilər. Nə ailə qurmaq haqqında düşünə bilərdim?!"

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova "Heç vaxt heç yerdə" proqramına qonaq olarkən deyib. Məşhur müğənni verilişdə şəxsi həyatına toxunaraq bu günədək evlənmədiyi üçün peşman olmadığını bildirib:

"Özüm gənc olarkən natamam idim. Hələ püxtələşməmişdim, ağıl, düşüncə yox idi. Allah kimin taleyini necə yazıbsa, onu da yaşamalıdır. Buna görə də, həmin taleyi yaşayıram. Heç də peşman deyiləm. Yaxşı ki, ailə qurmamışam. Bunu açıq deyirəm. Heç nə itirmədim, əksinə qazandım, özümü kəşf etdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.