Şou-biznes

"Hamı elə bilir ki, oliqarxa ərə getmişəm"

15 Fevral 2021 17:44
Baxış: 2 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çoxları elə bilir ki, oliqarxla ailə qurmuşam. Yox. Elə düşünürlər ki, müğənninin gözü ancaq puldadır. Mən sevgini seçdim. Hər şeyi həyat yoldaşımın üstünə yıxa bilmərəm. Əsas odur övladı üçün hər şey edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günel Ələkbərova deyib. "Hüseynova bacıları" proqramında qonaq olan sənətçi maddi sıxıntılarından danışıb. İfaçı həyat yoldaşını mediadan gizlətməsi ilə bağlı sualı cavablandırıb:

"Nə məcburdur onu göstərim? 9 ildir bir yerdəyik. Əsas odur ki, övladının yanındadır. İmkanlı adam deyil. Mən də aciz deyiləm, qazanıram. Çox imkanlı olsaydı, evimdə oturub, evimin xanımı olardım. Uşağımın atası varlı olsaydı, nə toya, nə şou-proqrama gedərdim. Hərdən verilişə çıxardım, bəsdir.

İnsanlar toydan danışanda əsəbiləşir. Onlarda qıcıq yaradan da elə müğənnilərdir. Ona görə də müğənniyə nəsə olanda, deyirlər, əcəb olur".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.