Şou-biznes

"Yaşadığım həyat mənim həqiqətimdir" - Günay

11 Fevral 2021 14:57
Baxış: 1 473
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mənim də hamı kimi həyat hekayəm var. Başqaları hekayə kimi görsə də, yaşadığım həyat mənim həqiqətimdir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Günay İbrahimli sosial şəbəkədə yazıb. Ötən gün ad gününü qeyd edən sənətçi 30 yaşı olduğunu vurğulayıb:

"Allaha, ailəmə və özümə güvənərək ömür pillələrimdə ilbəil qalxdım. Hər pilləm məni ucaltdıqca, geridə qoydum çox şeyi. Yaradanın mənə əmanət verdiyi həyat yolunda bu pillədə dayandım. Nəfəsimi dərim qalxacam. Özü də dayanmadan. Üzü zirvəyə dırmanacam, ən yüksəyə. Çünki mən Günayam. "Gün" də ordadı, "Ay" da... 30 yaş, xoş gəldin. Mənimlə bu yola hazırsan?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.