Şou-biznes

"Aygün Kazımova ilə qonşuyuq, nə vaxt qapısını döysəm..." - Röya - VİDEO

2 Fevral 2021 14:19
Baxış: 2 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ay Aygün Kazımovanın ad günü oldu, onu təbrik edirəm. İnstaqramda paylaşsaydım, qəribə baxacaqdılar. Ona görə də ən yaxşısı efirdən yeni yaşını təbrik edim. Ona çoxlu uğurlar arzulayıram.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan "10-da görüşək" proqramında deyib. Müğənni illərdir küsülü olduğu həmkarı Aygün Kazımovadan danışıb. Röya Kazımova ilə qonşu olduğunu deyib:

"Kənardan pis görsənir. Amma hər zaman deyirəm, yeganə qızam ki, yoluma daş qoymayıblar və məni çox istəyiblər. Hər zaman məni dəstəkləyənlər olub. Səhvsiz insan olmur. Səhv insan üçündür. Ya yaxşısan, ya pissən. Sonradan pis olmursan. Bəzi məqamlar oradan-buradan edilir, o da zamanla düzəlir. Aygün Kazımova yaxşı qonşudur. Eyni mərtbədə, fərqli bloklarda qalırıq. İnanın ki, bir şey olsa, qapısını döysəm kömək edər".

Qeyd edək ki, Kazımova da ötən gün "ATV maqazin onlarla" proqramında Röyü ilə bağlı suala "Biz küsülü deyilik" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.