Şou-biznes

İlhamə telekanalları tənqid etdi

30 Dekabr 2020 16:33
Baxış: 2 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni il konsertlərinin anonslarını gördüm. Bəzi "VİP" sayılan məşhurlar bu dönəmdə heç bir verilişlərdə görünmədilər. Guya oxumağı eyib bildilər. Əslində özünüz bilirsiniz niyə....

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İlhamə Qasımova sosial şəbəkədə yazıb. Sənətçi müharibə və pandemiya ərəfəsində proqramlara getməyən ifaçılardan danışıb. O bildirib ki, adi günlərdə çəkilişə gəlməyənlər bayram konsertinə qatılıblar:

"Hər dəfə efirdə eyni müğənnilər olurdu. Yeni il konserti olan kimi hamı tapıldı. Amma bu günlərdə efirdə fəal olan müğənnilər konsertlərdə olmadı. Bəs, nə oldu? Yaxşı deyildi?

Söhbəti özümə aid etmirəm, ümumiyyətlə, özüm rayondayam, bayram etmirəm. Sadəcə, anlamıram, niyə? Bağda ərik var idi, salam-əleyküm var idi? İlk dəfədir belə sözlər yazıram, indiyənə kimi heç kimlə işim olmayıb. Bundan sonra da olmayacaq. İndi ətim tökülür. Təəssüf edirəm ki, bu dörd ildə heç nə dəyişmədi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.