Şou-biznes

"Allah qismət etsə, Ağdamda torpağın üstündə iməkləyəcəyəm"

23 Noyabr 2020 21:05
Baxış: 2 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dəcəl uşaq idim. Atam kolxoz sədri olub. Ona görə də bizim yaylağımız Abdal Gülablı, qışlağımız Ağdam idi. Sonra Bakıya gəldim, musiqi məktəbində oxudum".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu szöləri Xalq artisti Rafiq Hüseynov (Rəmiş) "7Canlı" proqramına qonaq olarkən deyib. Gitara ifaçısı ata yurdu Ağdamdan danışıb. O bildirib ki, doğma torpaqlarının azad edildiyini eşidən gün sevincdən ağlayıb:

"Qarabağın suyu, otu, daşı-divarı muğam idi. Hər bir qarabağlının evində musiqi aləti var idi. Torpaqlarımızın azad olunmağını eşidəndə özümü saxlamaq istədim, amma olmadı. Gözümün yaşı axırdı. Bu hissləri demək mümkün deyil. Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət etsə, Ağdamda torpağın üstündə iməkləyəcəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.