Şou-biznes

"Ən yaxşısı ər çörəyi yeməkdir"

10 İyul 2020 19:49
Baxış: 4 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sakit baxış bütün hissləri bəlli edir. Son illər hər şeyə sakit yanaşdığım üçün uduzmuram.

Milli.Az axşam.az-a istinadən bildirir ki,bu sözləri müğənni Ayan Babakişiyev "5/5" verilişində deyib. Sənətçi aparıcı Zaur Kamalın suallarını cavablandırıb.

O, "Açıq-saçıq, yoxsa qapalı geyim? Tək, yoxsa çox uşaq? ərə getmək, yoxsa oturub uşağına baxmaq" suallarına "Qapalı geyim yaxşıdır. Çoxuşaqlılıq... Yaxşısı oturub ər çörəyi yeməkdir. Məşhur olmaq indi çox asandır. Sevilmək çətindir" cavabını verib.

Ayan "Saf, yoxsa çoxbilmişsən" sözlərinə isə "Saf deyiləm, ağıllıyam" reaksiyasını verib.

İlk məhəbbətdən danışan ifaçı "Yalan söhbətdir ki, bir dəfə aşiq olursan. Birincidə zədə alırsansa, sondakına zərbə vurursan. onun ağrısını bu birilərdən çıxırsan" deyə, əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.