Şou-biznes

"Allah restoran sahiblərinin insafını kəssin" - Əməkdar artist

18 İyun 2020 19:54
Baxış: 3 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Filankəsin varıdır, mənim yoxdur. Allah məsləhət bilsə, sənə də verər. Hərənin bir qisməti var. Elə adam var 50, eləsi var 60 yaşında sahib olur. Allah bəzən cavanlıqda verir imkan, amma qədrini bilmir. Dünya malına aludə olmayın. Heç kim onla xoşbəxt olmur. Adam var gedir bağda basdırır, öləndə də uşaqları qalır ac. Bunu yığmamaısan uşaqlar üçün? vaxtında bölüşdür ki, söyülmə".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 canlı" proqramında deyib. Qarmon ifaçısı sosial şəbəkədə yazılan tənqidlərdən danışıb.

Musiqiçi sənət adamlarının arasındakı soyuqluqdan bəhs edib:

"Əvvəl bu qədər musiqiçi yox idi. Mehribançılıq var idi. Lazım gələndə borc verirdilər, demirdilər, 1 kiloqram qızıl gətir qoy, sonra pul verim. İndi insanlar vəhşiləşiblər. Elə bilirlər ki, dünyanı tutub gedəcəklər. İnsan fikirləşməlidir, bu günü ilə yaşamamlıdır. Bizi xalq dolandırır. Toya gedirik, onda mağaza da, zərgər də işləyir. İndi nə tapırıq yeyirik. Yavan, evdə pendir-çörək yeyirik, çıxıb deyirik, kababdır.

Musiqiçilər var ki, restoranda günü 10 manata oxuyurlar. Allah restoran sahiblərinin insafını kəssin. Nə olar 10 manatı artıq ver, əl tut".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.