Şou-biznes

“Bir dəfə göyərti satan ölüm xəbərimi yaymışdı” - Cavanşir Məmmədov

9 İyun 2020 15:19
0 Şərh     Baxış: 1 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Cavanşir Məmmədov haqqında yazılan şayiələrdən danışıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, bu barədə "Xəzər" televiziyasında yayımlanan "5də5" verilişində qonaq olarkən deyib.

"Bir dəfə Rusiyada yaşayan bir nəfər mənim ölüm xəbərimi yaymışdı. Sonra mənə köməklik etdilər, bu insanı tapdım. Məlum oldu ki, bu, bizim orada yaşayan, bazarda göyərti satan həmyerlimizdir. Sonra videogörüntü ilə mən o insanla əlaqə saxladım, məndən üzr istədi və bunu bir müğənninin sifarişi ilə etdiyini söylədi. O videogörüntü indiyə qədər məndədir, saxlamışam", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.