Şou-biznes

"Survivor"u tərk edən Pərvizə türkiyəli məşhurdan XƏBƏRDARLIQ: Bu qızla nəbadə... - FOTO

7 May 2020 15:12
14 Şərh     Baxış: 23 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən 1 ay əvvəl Türkiyənin TV8 kanalında yayımlanan "Survivor" yarışını gözlənilmədən tərk edən "Kobra" ləqəbli kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevə məşhur müğənni xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, Pərviz bu xəbərdarlığı onu yarışda ən çox dəstəkləyənlərdən olan Türkiyənin pop ulduzu Demet Akalından alıb.

Belə ki, dünya çempionumuzun üzvü olduğu "Ünlülər"dən kənarlaşdırılmasında əli olan komanda yoldaşı Aşkım da 2 gün əvvəl yarışı tərk edib. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejminə görə sərhədlər bağlı olduğu üçün Pərvizlə bir yerdə 5 iştirakçı yarışın keçirildiyi Dominikanda bir otelə yerləşdiriliblər. Vətənə qayıtmaq mümkün olmadığı üçün yarışı tərk edən bütün iştirakçılar oteldə çox vaxt bir yerdə vaxt keçirməli olurlar. Demet Pərvizə onun yarışdan kənarlaşdırılmasında əli olan Aşkımla kəlmə kəsməməyi tapşırıb:

"Pərviz, bu qızla qətiyyən danışma, nəbadə".

Azərbaycanlı idmançı elə bir fikrinin olmadığını da bildirib. Pərvizlə müğənninin sosial şəbəkə yazışması Türkiyənin məşhur maqazin səhifələrində xəbər olub:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.