Müğənni Fədaya Laçın sosial media hesabında oğlu ilə arxiv fotosunu yayımlayıb.
Milli.Az xəbər verir ki, ifaçı ''İnstagram'' hesabında oğlu Əlhəmin və özünün bir neçə il əvvələ məxsus fotosunu yayımlayıb. O fotoya ''Arxivdən Əlhəm və mən'' sözləri ilə şərh verib. İzləyiciləri Fədaya Laçına tərif edərək illərin onu dəyişdirmədiyini, oğlu ilə ana oğul kimi yox, bacı-qardaş kimi göründüyünü deyiblər. (ölkə.az)
Milli.Az