Şou-biznes

Üç uşaq anası Aysel gözəlliyi ilə heyran etdi - FOTO

29 Aprel 2020 16:13
10 Şərh     Baxış: 5 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aysel Teymurzadə doğum gününü qeyd edib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, 20 yaşında Azərbaycanı "Eurovision 2009" mahnı müsabiqəsində təmsil edən ifaçının 31 yaşı tamam olub.

Ailə həyatı qurduqdan sonra səhnədən uzaq düşən Aysel xanım sosial şəbəkədə də aktiv deyil. Son paylaşımını yarım il əvvəl edən Aysel doğum günündə üzə çıxıb. O, yeni fotosunu paylaşaraq həyatına görə Allaha və valideynlərinə təşəkkür edib.

Üç uşaq anası olan ifaçı gözəlliyi ilə izləyicilərini heyran edib. Ayselin son paylaşımlarına yalnız tərif və rəğbət dolu şərhlər yazılıb. Onu təbrik edənlər və gözəl sözlər yazanlar arasında məşhur simalar da yer alıb.

Qeyd edək ki, Aysel Teymurzadə 2012-ci ildə pianoçu, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlovla ailə həyatı qurub. Cütlüyün 2012-ci il təvəllüdlü Sədiə adında qız, 2014 və 2016-cı il təvəllüdlü oğlan övladları var. Cütlüyün arasında 16 il yaş fərqi var. Aysel Teymurzadə 1989-cu il, Murad Adıgözəlov 1973-cü il təvəllüdlüdür.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.