Tanınmış idmançı Kamil Zeynallı son zamanlar koronavirus pandemiyası ilə əlaqədar işləyə bilməyən və aztəminatlı ailələrə yardım paylamaqda davam edir.
Milli.Az bildirir ki, tanınmış sosial media səhifələrində mövcud vəziyyətlə bağlı insanlara etdiyi yardımlarla daha da tanınan Kamil Zeynallı haqqında xəbərlər və fotoların ardı-arası kəsilmir.
Səhifələrdən birində Kamil Zeynallının arxiv fotolarından biri paylaşılıb və bu foto izləyicilər tərəfindən böyük marağa səbəb olub.
Fotoda Kamil Zeynallı həyat yoldaşı, anası və qayınanası ilə birlikdədir. (ölkə.az)
Milli.Az