"Manaf bu gün umur ki, ona "Əməkdar artist"i versinlər. Manaf bu günəcən efirdə bir dənə əsər oxumayıbsa, ya da gedib bir konsert verməyibsə ona niyə o adж versinlər?!"
Milli.Az xəbər verir ki, bunu Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda deyib.
Aparıcının sözlərinə verilişin qonağı İlham Mirzəyev "O qədər əməkdar artislər, xalq artistləri var ki, heç biri bir əsər oxumayıb. Manaf onların nəyindən əksikdir?" sözləri ilə reaksiya verib.
Manafı verilişdə müdafiə edən ikinci şəxs isə Əməkdar artist Cavanşir Məmmədov olub:
"Manaf Ağayev ad almaq istəyirsə düz eləyir. O əsgər ki, general olmaq istəmir, demək o çalışmır. İstəyir "Əməkdar, Xalq Artisti" olsun, çalışır. Pis oxuyur? Nəyi pis oxuyur, hansını pis oxuyub? Xaric oxuyub? Elə Xalq artistlərimiz var xaric oxuyur. Bir mahnıda 50 dənə "falş" oxuyan var".
Məhəmməd Vaqif
Milli.Az