Şou-biznes

"Pul göndərmirsə, nə edirsiz o əri?"

23 Yanvar 2020 16:46
12 Şərh     Baxış: 4 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadınların biri qardaş, biri kişisini gözləyir. Qadın tərəfindəyəm. Bu kişilərin daxilində vicdan, əqidə yoxdur ki, qadınları qoyub gedirlər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bizimləsən" verilişində deyib. Proqramda olan ərini, qardaşını, oğlunu axtaran qadınlar müzakirə edilib. Aktrisa məsələyə münasibət bildirərkən əsəblərinə hakim ola bilməyib:

"Ana da sevinir ki, oğul doğdu. Pul göndərmirsə, nə edirsiz o əri? Qoyun getsin. Eləsini qəbul etmirəm. Neçə il uşağı tək böyüdürsən, ata-ana olursan.

Gedir Rusiyadan qız alırlar. Neftçalada elə gözəl qızlar var ki... Kür suyundakı balıqlardan yeyirlər. Mənə hər zaman deyirdilər ki, sən süd vannasında çimirsən. Yox, Kür çayının lıqqa suyunda çimmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.