Şou-biznes

"Bu mahnı sevgi və ehtiras haqdadır" - Səfurə

9 Yanvar 2020 16:35
0 Şərh     Baxış: 3 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Eurovision" yarışması ilə bağlı olan məşhur "WiwiBloggs.com" saytı müğənnilik fəaliyyətini dayandıran Səfurə Əliyevadan müsahibə alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 2010-cu ildə ölkəmizi sözügedən müsabiqədə təmsil edən ifaçı 2013-cü ildə ailə quraraq sənətdən uzaqlaşmışdı.

Səfurə bu yaxınlarda oxuduğu yeni mahnıdan bəhs edib. O bildirib ki, "High on your love" yanvarın 10-da saat 00:00-da təqdim olunacaq:

"Musiqi hər zaman içimdə yaşayır. Məni ruhlandıran isə ailəmdir".

S.Əliyeva ana olduqdan sonra musiqiyə vaxt ayıra bilmədiyini açıqlayıb. "Sonra isə düşündüm ki, səhnəyə qayıtmıramsa, onda musiqi hobbim olsun. Dünyanın bir çox yerindən mənə mahnılar təklif edilir" deyə, o əlavə edib.

Səfurə bildirib ki, məşhur bəstəkar Maykl Ceyms Daun ona bir neçə bəstə göndərib. İfaçı onların arasından "High on your love"ı seçib.

"Bu mahnı sevgi və ehtiras haqdadır. Bütün sevən insanlara həsr edilir", - Əliyeva bildirib.

Səfurə "Eurovision" müsabiqəsinə yenidən qatılmaq istəyi ilə bağlı suala "Ölkəni beynəlxalq yarışmada təmsil etmək böyük məmnunluqdur. Amma yarışmaya bir dəfə getmək bəsdir" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.