Şou-biznes

“Hər konsertimdən sonra xanımıma zəng edirəm” - VİDEO

6 Yanvar 2020 18:17
1 Şərh     Baxış: 2 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Türkiyədə daha bir proqramda qonaq olublar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Emre Yücelenin "Youtube" layihəsində sualları cavablandıran A.Qasımov hər zaman konsertlərdə həyəcanlandığını bildirib:

"Öz konsertimizdə tamaşaçı oluruq. Səhnədə nə olacağını gözləyirik. Bizə çox maraqlı olur. Mən səhnədə ölürəm. Konsertdən sonra xanımıma zəng edirəm ki, azad oldum, uşaq doğuldu. Hər konsertdə belədir. Heç vaxt dəyişməz. Hamı elə bilir səhnədə rahatıq. Füzuli dərd əlindən dağa çıxıb, deyiblər ki, yaylağa gedib. Bizimki də odur".

F.Qasımova isə "Konsert bir az çətin olanda isə anama "əkizlər doğuldu" deyir" sözlərini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.