Şəbnəm Tovuzlu gülüş hədəfi oldu: “Amerika, İtaliya, Dubay Avropa ölkələridir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ARB-də yayımlanan "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.
Milli.Az Ölkə.az-a istinadən bildirir ki, verilişin əvvəlində aparcılar Tovuzlu ilə qısa oyun keçirmək qərarına gəliblər. Oyunun şərtlərinə görə, ifaçı hər suala 4 variantda 20 saniyə ərzində cavab verməli idi.
Elə maraqlı və yaddaqalan məqamlar da bundan sonra yaşanıb. Oyun başlayıb...
Sadə suallardan sonra iş bir az çətinləşib, çünki sıra qəliz suallara gəlib. Belə ki, aparıcının
"Avropada dörd ölkə" sualı müğənniyə əməlli-başlı çətin anlar yaşadıb.
"Bu yaxınlarda Dubaya gedmişdik. Dubay Avropa deyil amma yaxındı da. Mən oralarda olmamışam vallah nə deyə bilərəm. Ona görə də bilmirəm. Amerikanın özü, İtaliya", - deyə cavab verib.
"Bəxt üzüyü" filmində Söylü demişkən "Beyləqan vəziyyət" bununla bitməyib. Növbəti sualı Şəbnəm xanım yenə də özünəməxsus şəkildə cavablandırıb.
"Rasim Balayevin oynadığı dörd obraz" sualına isə "Rasim Balayevi çox sevirəm, amma Azərbaycan filmlərinə inanın çox az baxmışam", - deyə qeyd edib.
Sonda aparıcıların köməyi ilə "Babək", "Nəsimi" filmlərinin adını çəkən ifaçı "Mən o zamanlar uşaq olmuşam, necə baxardım" fikrini də bildirib.
"Dörd Azərbaycan şairi" - sualına isə Tovuzlu:
"Səməd Vurğun, babam aşıq Səməd, Zəlimxan Yaqub və Sücaət Əhmədov"un adlarını çəkməyə müvəffəq olub.
Sonda oxucularımıza Məhəmməd peyğambərin bir kəlamını xatırlatmaq istəyərdim:
"Beşikdən qəbr evinə qədər oxuyun"...
Daha sonra müğənni Şəbnəm Tovuzlu verilişdə səsləndirdiyi "Amerika və Dubay Avropa ölkələridir" fikrinə aydınlıq gətirib.
Sənətçi Ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, həmin cavabları bilərək verib:
"Orada çox şeylər zarafatla bağlıdır. Özləri əvvəlcədən mənə öyrətmişdilər. Dubay nə vaxtdan Avropa olub ki?"
Qeyd edək ki, sözügedən verilişin aparıcıları aktrisalar Ülviyyə Əliyeva və Xuraman Əlizadədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Marina Vladi vəfat etdi
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
XƏBƏR LENTİ
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı





