"Küçə adamlarını onlarla müqayisə etməyin"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Lalə Məmmədova aparıcılara səslənib.
Milli.Az xəbər verir ki, müğənni sənət adamlarının bayağı ifaçılarla müqayisə edilməsini pisləyib. Bu haqda "Afaqla 10lar" verilişində danışan L.Məmmədova bunları əlavə edib:
"Sənətkarlar reytinq vermir" deyən aparıcılara səslənirəm, bu sözü ağzınıza almayın. Sənətkar artıq sənəti ilə reytinqini verib və siz oturub bazar söhbətlərinə efirdə qulaq asanda o, Azərbaycanın adını xaricdə qaldırıb. Azərbaycan mədəniyyətinin adını, bayrağını yüksəldib. Siz aparıcılar sənətkarları hansısa küçə adamlarının yanında kiçiltməyin. Siz müqayisə belə edə bilmərsiniz".
L.Məmmədova bildirib ki, həmin ifaçılar bəstəkar mahnılarını oxuma istedadına malik deyil:
"Bu gün təsadüfən səhnəyə çıxıb, popular olub, "mən bəstəkar mahnıları oxuyanda mənim üzümə baxan yox idi, acından ölürdüm" deməsi düz deyil. Sizin o bəstəkar mahnılarını ifa etməyinizi görmüşəm. Təsadüfən də olsa önümə çıxıb. Biri "xoruz" buraxaraq muğam oxuyub deyir ki, mən əla ifa edirəm. Digəri bəstəkar mahnısının qolunu-qanadını qırır. Xahiş edirəm, bəstəkar mahnılarını bu dərəcədə kiçiltməyin. Siz hələ o bəstəkar mahnılarını ifa etmək üçün böyüməlisiniz. Bu hər kəsin başı üçün deyil!
Bu insanların həm də psixoloji problemləri var. Bunlar axı hansı sənəti ilə reytinq verirlər? Küçə söhbətləri ilə reytinq verirlər. Övlad dünyaya gətirməklə... Lap əgər bu qələti eləmisənsə, otur yerində. Günahı o kişilərdə görürəm. Siz niyə axı onları o vəziyyətə gətirirsiniz ki, sizdən dünyaya övlad gətirməyi bir yana, hələ efirə çıxıb "ərim-ərim" deyirlər. Ayıbdır...
Aparıcılar, bu söhbətlər sizə reytinq verir? Bu söhbətləri sənətkarlarla müqayisə edib deyirsiniz ki, sənətkar verilişimə gələndə reytinq vermir. Hamının şəxsi həyatı var. Bəsdirin, bu söhbətləri üzə çıxarıb bizim də ürəyimizi yerindən çıxartdınız. Tutuquşu kimi bu söhbətləri danışıb, uzadırsınız. Bu söhbətlər bitmir. Siz aparıcılar bizi küçə söhbətləri ilə bir tutmayın". /Axşam.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Marina Vladi vəfat etdi
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
XƏBƏR LENTİ
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)





